"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva


2026-11-18 , 11:30
Müğənni Ayan Babakişiyeva xəyanətdən danışıb.
Sənətçi "Kəşfət" proqramında "Xəyanəti bağışlayarsan?" sualına belə reaksiya verib:"Hansı xəyanət? Qadın qadından da xəyanət görür. Xəyanət görəndə deyirlər ki, mütləq getməlisən. Sən övladından, rəfiqəndən də xəyanət görə bilərsən. Rəfiqəmdən də, ailə üzvlərimdən də yalan və xəyanət görmüşəm. Həmin an silməlisən? Onu bağışla, amma uzaqda tut.Mənim bir devizim var: bir insan sənə xəyanət edibsə, yalan danışıbsa, səni yarı yolda qoyubsa, ikinci dəfə bunu ikiqat artıqlaması ilə edəcək. Bunu unutmayın. Sevirsən, kənardan izlə, boş burax. Gör necədir, heç yadına düşürsən? Gör ətrafında sənin haqqında nə danışır". (axşam.az)
Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
Dərc vaxtına görə
Yenilik.azoxuduğunuz
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva

Milli.az+1 mənbə