Xarici dövlətlərin ali təhsil sənədlərinin tərcümə və təsdiqi tələb olunmur


9 mənbə əsasında
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilən məlumata görə, türk, rus və ingilis dillərində təqdim olunan xarici ali təhsil kvalifikasiyalarının Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi tələb edilmir. Bu addım vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısını almaq, eləcə də tanınma prosedurunu daha operativ şəkildə həyata keçirmək məqsədi daşıyır. Lakin aparılan ekspertizalar zamanı bəzi vətəndaşların həmin dillərdə olan sənədləri yenidən tərcümə və təsdiq etdirərək təqdim etdikləri müşahidə olunub. Qurum mövcud qaydalara əsasən belə prosedurlara ehtiyac olmadığını xatırladıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur.Bu barədə "32gun.az"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.Bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra – Qaydalar) əsasında həyata keçirilir.Qaydaların 2.5-ci bəndinə əsasən, türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur.Bununla belə, müraciətlərin ekspertizası zamanı bəzi vətəndaşların qeyd olunan dillərdə tərtib edilmiş sənədləri də Azərbaycan dilinə tərcümə etdirərək notariat qaydasında təsdiq olunmuş formada təqdim etdikləri müşahidə olunur.Vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısının alınması, eləcə də tanınma prosedurunun daha operativ şəkildə həyata keçirilməsi məqsədilə bildiririk ki, türk, rus və ingilis dillərində tərtib edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcümə edilməsinə, habelə həmin tərcümələrin notariat qaydasında təsdiq olunmasına ehtiyac yoxdur. Vətəndaşlar həmin sənədləri birbaşa, tərcümə etdirmədən təqdim edə bilərlər.Bildiririk ki, bu tələb yalnız qeyd olunan üç dildə tərtib edilmiş sənədlərə şamil olunur. Digər dillərdə olan sənədlərin Azərbaycan dilinə tərcüməsi və tərcümənin notariat qaydasında təsdiq olunması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Tam oxu 32gun.az saytındaDərc vaxtına görə