“Xarakter göstərdik, tempimizi aşağı salmadıq”


“Liverpul”un cinah oyunçusu Rio Nqumoa İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted” üzərində qazanılan 4:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Anything Liverpool" nəşri gənc futbolçunun dediklərini belə çatdırıb.
“Bəzən iki top fərqi ilə öndə olduğumuz zaman arxayınlaşırıq. Bu gün isə konsentrasiyamızı qoruduq, ikinci hissədə oyuna tam nəzarət etdik və xarakter göstərdik. Tempimizi aşağı salmadıq”
Qeyd edək ki, 18 yaşlı futbolçu görüşün qəhrəmanlarından biri olub. O, əvvəlcə Florian Virtsə məhsuldar ötürmə verib, daha sonra isə özü də rəqib qapısına yol tapıb.
11 turdan sonra 21 xal toplayan “Liverpul” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə səkkiz xalla 19-cu yerdədir.
