“Xankəndi stadionunda əsl bayram ab-havası var idi”


“Karvan-Yevlax” klubunun baş məşqçisi Ramiz Məmmədov I Liqanın VII turunda “Xankəndi” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis səfərdə qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirərək Xankəndi şəhər stadionunda yaşanan atmosferdən danışıb:
“Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər.
Şükürlər olsun ki, əsaslı təmirdən sonra Xankəndi şəhərində yenidən futbol matçı keçirildi. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirik. Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyirik.
Düşünürəm ki, hava şəraiti də futbolçulara təsir göstərdi. Xankəndi yüksək ərazidə yerləşdiyindən oyunçularımızda nəfəs almaqda çətinlik hiss olunurdu”.
Ramiz Məmmədov mövsümün əsas hədəfinin Premyer Liqaya yüksəlmək olduğunu da vurğulayıb:
“Bunun üçün klub rəhbərliyi də əlindən gələni edir”.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşması qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Dərc vaxtına görə
90deqiqe.azoxuduğunuz
“Xankəndi stadionunda əsl bayram ab-havası var idi”
