"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?


Azərbaycan 1-ci liqasının 8-ci turunda keçiriləcək "Xankəndi" - "Karvan-Yevlax" matçına maraq böyükdür.
Bu barədə QOL.az-a "Xankəndi" klubunun mətbuat xidmətinin rəhbəri Günel Abbas məlumat verib.
Onun sözlərinə görə, matça 1000-dən bir qədər artıq bilet satılıb.
Stadionunun tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür.
Qeyd edək ki, "Xankəndi" klubu noyabrın 19-da Xankəndi şəhər stadionunda ilk ev oyununa çıxacaq. "Karvan-Yevlax"la görüş saat 16:00-da başlayacaq. Komanda bundan sonra ev oyunlarını doğma şəhərdə keçirəcək.
