“Xalq Bank” üç ayda 102 milyon manatdan çox depozit itirib


19.11.2026 - 10:57
2026-cı ilin üçüncü rübündə “Xalq Bank” ASC-nin depozit portfelində ciddi azalma qeydə alınıb. Bankın depozitlərinin həcmi üç ay ərzində 102,3 milyon manat və ya 6 faiz azalıb.
Korrekt.az xəbər verir ki, iyunun sonunda 1 milyard 700,8 milyon manat təşkil edən depozit portfeli sentyabrın sonuna 1 milyard 598,5 milyon manata enib.
Beləliklə, hesabat dövründə “Xalq Bank” depozit portfelində mütləq ifadədə ən böyük azalma qeydə alınan bank olub.
Qeyd edək ki, 2026-cı ilin üçüncü rübündə Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 16-sının depozit portfelində artım müşahidə edilib. Digər 5 bankda isə azalma qeydə alınıb.
Dərc vaxtına görə
Korrekt.azoxuduğunuz
“Xalq Bank” üç ayda 102 milyon manatdan çox depozit itirib
