Xalq artistinin SON VƏZİYYƏTİ: “Yeriməyə, danışmağa gücü yoxdur”


Maqazin
19 Noyabr 2026, 13:22
270 baxış
Bir müddət öncə ayağına implant qoyulan məşhur diktor, Xalq artisti Ofeliya Sənaninin səhhətindəki problemlər hələ də aradan qalxmayıb. Son əməliyyatdan sonra onun ürəyi zəifləyib.
Bu barədə Yenicag.az-a sənətkarın ailəsindən açıqlama verilib:
“Ofeliya xanım yataq rejimindədir. Ayağına implant qoyulandan sonra hələ özünə gələ bilməyib. Çünki orqanizmi və ürəyi çox zəifdir. Hərəkətsizdir, yeriməkdə çətinlik çəkir. Danışmağa belə gücü yoxdur. Həkim nəzarətindədir və ev şəraitində müalicəsi davam edir”.
Qeyd edək ki, Xalq artisti 2026-cı ilin oktyabrında yıxılaraq bud sümüyündən xəsarət alıb və əməliyyat olunub. Hazırda o, müalicəsini evdə davam etdirir.
Cəvahir
Dərc vaxtına görə
Yenicag.azoxuduğunuz
Xalq artistinin SON VƏZİYYƏTİ: “Yeriməyə, danışmağa gücü yoxdur”
