Xalq artistinin bacısı od püskürdü: “Yaxşı edib, əcəb edib”


Sosial şəbəkələrdə və mediada gündəmə çevrilən mövzulardan biri də xalq artisti Könül Xasıyevanın “PUB” klubda çıxış etməsidir.
Adalet.az bildirir ki, sənətçinin məlum çıxışı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. K.Xasıyeva mətbuata heç bir açıqlama verməsə də, bacısı onun bu addımını müsbət dəyərləndirib. Və bacısına haqq qazandırıb:
“Hər kəs bacmı qınayır. Niyə?! Xəstə olanda kim ona gətirib 1 manat pul verib?! Kim onun qapısını açıb?! Könül Xasıyevanın səviyyəsi hər kəsə bəllidir. Görmürsünüz, hamı onu hörmətlə qarşılayır. Hər kəs onu ayaq üstə alqışlayır. Artıq- əskik hərəkət edən adam gördünüz orda?! Əlbəttə, yox! Hər kəs ora Könül Xasıyevaya olan sevgisinə görə gəlmişdi. Məkanın nə fərqi var? Səviyyəli adam hər yerdə öz səviyyəsini qoruyur. “PUB”da oxuyub, yaxşı edib, əcəb edib. Müğənninin, xanəndənin peşəsi oxumaqdır”.
Əntiqə
