Xaçmazda YAP-ın 34 illiyi qeyd olunub

Xaçmazda YAP-ın 34 illiyi qeyd olunub -Fotolar Tarix: 19-11-2026 | Saat: 10:45 Bölmə:Siyasət | çapa göndər
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, 34 illik fəaliyyəti dövründə keçdiyi tarixi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.
O bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın mürəkkəb siyasi, iqtisadi və mənəvi böhranla üzləşdiyi bir dövrdə ziyalıların müraciəti və Ümummilli Lider Heydər Əliyevin qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası xalqın xilası və dövlətçiliyin qorunması naminə mühüm siyasi qüvvəyə çevrilib. Qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və zəngin siyasi irs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalq-iqtidar birliyi nəticəsində Azərbaycan tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yeni Azərbaycan Partiyasının ölkəmizin dövlətçilik tarixindəki müstəsna rolunu vurğulayıb. Bildirib ki, partiyanın yaradılması Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dövlətçiliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edən rayon rəhbəri ölkəmizin bütün bölgələri kimi, Xaçmaz rayonunun da sosial-iqtisadi inkişaf istiqamətində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov 1992-ci ildə partiyanın təsis olunduğu tarixi şəraitdən, həmin dövrdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyətdən, eləcə də partiyanın yaradılması prosesində qarşıya çıxan çətinliklərdən danışıb. O bildirib ki, bütün maneə və təzyiqlərə baxmayaraq, vətənpərvər ziyalılar Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinə nail olublar. Qeyd edib ki, qısa müddət ərzində böyük siyasi nüfuz qazanan YAP ölkəni xaos və anarxiyadan xilas edərək dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov Yeni Azərbaycan Partiyasının bu gün Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu bildirib. O, partiya sıralarında gənclərin fəallığının artdığını, cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirən YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb.
Tədbirdə çıxış edən partiya veteranı Nazim Ağayev də Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin tərəqqisindəki xidmətlərindən bəhs edib.
Tədbirin sonunda partiya sıralarında səmərəli ictimai-siyasi fəaliyyətləri və yubileyləri münasibətilə bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim olunub. Eyni zamanda, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri verilib.
Sonra konsert proqramı təqdim olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
Dərc vaxtına görə
