Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 111 min manatlıq tenderi 20 manatlıq şirkətə verdi


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinin Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nəqliyyat vasitələri və texnikaların təmiri məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın rəsmi satınalma portalından əldə etdiyi məlumata görə, idarə maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə "Tikinti Təchizat 2020" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 110.619,1 AZN (110,6 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Oğuz rayonu, Oğuz şəhəri, Karl Marks küçəsi, ev 5 ünvanında hüquqi qeydiyyatda olan "Tikinti Təchizat 2020" MMC-nin nizamnamə kapitalı cəmi 20 AZN, qanuni təmsilçisi isə Vahid Mirsahib oğlu Məmmədovdur.
Ayaz
