"Xaçmaz-Şərab" ASC-nin 151 min manatdan çox vergi borcu üzə çıxdı


Xaçmaz rayonunda hüquqi qeydiyyatda olan "Xaçmaz-Şərab" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu var.
32gun.az-ın dövlət reyestri və vergi məlumatlarından əldə etdiyi xəbərə görə, səhmdar cəmiyyətin hazırkı vergi borcu 150.976,68 AZN (150,9 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində hüquqi qeydiyyatda olan ASC-nin nizamnamə kapitalı 188.706 AZN (188,7 min manatdan çox), qanuni təmsilçisi isə Hüseyin Aydın oğlu Hüseyinovdur.
Ayaz
