Volkan Demirel bu komandanı çalışdıracaq - RƏSMİ


Türkiyənin “Qaziantep” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisinin yeni çalışdırıcısı Volkan Demirel olacaq.
Klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, 45 yaşlı mütəxəssislə 2027-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırladaq ki, “Qaziantep”in əvvəlki baş məşqçisi Orhan Ak olub.