Litvanın paytaxtında Qarabağ gündəliyi kitabının təqdimat mərasimi keçirilib


3 mənbə əsasında
Litvanın paytaxtı Vilnüsdə Zəfər Gününə həsr olunmuş litvalı jurnalist Riçardas Lapaitisin müəllifi olduğu Qarabağ gündəliyi kitabının təqdimat mərasimi baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn nəşrin təqdimatında rəsmi şəxslər, səfirlik nümayəndələri və yerli ictimaiyyət iştirak ediblər. Tədbirdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən və müəllifin münaqişə dövründə şahidi olduğu faciələri beynəlxalq ictimaiyyətə çatdırmaqdakı fəaliyyətindən bəhs edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Vilnüsdə “Qarabağ gündəliyi” kitabının təqdimatı olub
Bakı, 19 noyabr, AZƏRTAC Litvanın paytaxtı Vilnüsdə Zəfər Günü münasibətilə litvalı jurnalist Riçardas Lapaitisin müəllifi olduğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə işıq üzü görən “Qarabağ gündəliyi” (“Karabakh Diary”) kitabının təqdimat mərasimi keçirilib.Komitədən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan dövlətinin gücünü, xalqımızın milli birliyini və sarsılmaz iradəsini nümayiş etdirdiyini bildirərək bu günün milli tariximizdəki müstəsna əhəmiyyətindən danışıb.Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri Leyla Həmzəyeva isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunduğunu bildirib. O, kitabın müəllifi Riçardas Lapaitisin Qarabağ münaqişəsinin ilk illərində hadisələrin qaynar nöqtələrində şahidi olduğu faciələri, xüsusilə Xocalı və Ağdamda baş verənləri beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətindəki jurnalist fəaliyyətini diqqətə çatdırıb. “Qarabağ gündəliyi” kitabının xalqımızın yaşadığı ağrı-acıları, qəhrəmanlığını və tarixi həqiqətləri əks etdirən mühüm sənədli mənbə olduğunu bildirən şöbə müdiri nəşrin Komitənin maliyyə dəstəyi ilə hazırlandığını vurğulayıb.Bu cür layihələrin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
