Villalardan zibil atılan park belə təmizləndi – FOTOLAR
Globalinfo.azMalik


Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkındakı antisanitar vəziyyət aradan qaldırılıb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Əldə etdiyimiz məlumata görə, polisin müşayiəti ilə aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə cəlb olunublar. Ərazi məişət tullantılarından təmizlənib və problem aradan qaldırılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Gülüstan parkında yüzlərlə ağacın quruması və ərazinin zibilliyə çevrilməsi ilə bağlı məlumat vermişdik.
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
Villalardan zibil atılan park belə təmizləndi – FOTOLAR