Vergi borcu üzə çıxan "Gəncə Şərab-1" ASC növbədənkənar iclas çağırır — Şirkətin adı dəyişdiriləcək


Gəncə şəhərində fəaliyyət göstərən "Gəncə Şərab-1" Açıq Tipli Səhmdar Cəmiyyətinin (VÖEN: 2300373041) dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, cəmiyyətin hazırkı vergi borcu 29.953,86 AZN (29 min 953 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında hüquqi qeydiyyatda olan ASC-nin nizamnamə kapitalı 730.524,40 AZN (730 min 524 manatdan çox), qanuni təmsilçisi isə Mirməhəmməd Həmid oğlu Məmmədovdur.
Onu da bildirək ki, "Gəncə Şərab-1" ASC 17 dekabr 2026-cı il tarixində saat 15:00-da Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında səhmdarların növbədənkənar ümumi yığıncağını keçirəcək. Yığıncağın gündəliyinə cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması və səlahiyyətlərin müəyyən edilməsi, firma adında dəyişiklik olunması, yeni redaksiyada nizamnamənin təsdiqi, eləcə də artan vergi, DSMF və digər borcların ödənilməsi üçün çıxış yollarının müzakirəsi məsələləri daxil edilib.
Rəsmi elana görə, iştirakçıların qeydiyyatı yığıncağın başlanmasına iki saat qalmış həmin ünvanda şəxsiyyət vəsiqəsi əsasında aparılacaq və səhmdarlar iclasda şəxsən və ya notarial qaydada təsdiq edilmiş etibarnamə ilə iştirak edə biləcəklər. Bildiriş Mirabbas Həmid oğlu Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Mirməhəmməd Həmid oğlu Məmmədovun adından dərc olunub.
Nilay
