Vəkil həbs edildi:Ağır maddələrlə ittiham olunur


KRİMİNAL
42
19.11.2026, 20:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.
Oxu24.com-un xəbərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, 240.2.1, 240.2.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.
Vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.
Həmçinin oxuyun
Digər xəbərlər