ÜST qripdən qorunmağın ən yaxşı yolunu açıqladı


Qış mövsümündə qripdən qorunmağın ən yaxşı yolu vaksinasiyadır.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) "RİA Novosti" agentliyinin sorğusuna cavab olaraq bildirilib.
“Avropa üzrə Regional Büro insanları yoluxma ehtimalını qiymətləndirməyə və respirator infeksiyalardan qorunmaq üçün sadə ehtiyat tədbirləri görməyə çağırır”, – deyə ÜST-dən vurğulanıb.
Qeyd olunub ki, Avropada qrip və digər respirator xəstəliklərin yayılmasında artım qeydə alınır. İnsanlara, xüsusilə risk qrupuna daxil olanlara xəstəliklərin profilaktikası məqsədilə peyvənd olunmaq tövsiyə edilir.
Daha əvvəl alimlər qrip virusunu pandemiya törətmək potensialı ən yüksək olan patogen adlandırıblar. Məhz bu virus növbəti qlobal pandemiyaya səbəb ola bilər.
Hüseyn İbadlı
