Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar?


CƏMİYYƏT20 noyabr 2026 · 17:50
3 Baxış
2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb.
Ens.Az-ın məlumatına görə, bunlardan 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət bağçalarının payına düşüb.
Ən çox qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları qeydə alınıb. Bu kateqoriya üzrə dövlət bağçalarında 31 429, qeyri-dövlət bağçalarında isə 1 265 xəstələnmə halı olub.
Kəskin tonzillit üzrə dövlət bağçalarında 15 538, qeyri-dövlət bağçalarında 272 hal qeydə alınıb. Pnevmoniya üzrə bu göstəricilər müvafiq olaraq 514 və 18 olub.
Təsdiqlənmiş hesab
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Şərh yazın
Şərh yazmaq üçün hesabınıza daxil olun və e-poçtunuzu təsdiqləyin.
Dərc vaxtına görə