Uşakov danışıqların DETALLARINI AÇIQLADI: Putin görüşdən BELƏ ÇIXDI - VİDEO


525 19.11.2026 09:49 Son xəbər A A
Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp görüş zamanı Ukrayna münaqişəsini və ikitərəfli münasibətlər məsələsini müzakirə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin Tramp ilə görüşdən əla əhval-ruhiyyədə çıxıb.
Görüşdən kadrları "Kremlin.ru" yayımlayıb.
Uşakovun açıqlamalarında əsas məqamlar da diqqət çəkir. Onun bildirdiyinə görə, demək olar ki, Ukrayna mövzusu Putin və Trampın görüşündə əsas məsələ olub. Kremlin nümayəndəsi həmçinin qeyd edib ki, Putin ilə Trampın görüşü Si Cinpin ilə keçiriləcək üçtərəfli görüş öncəsi hazırlıq xarakteri daşıyıb.
Bundan əlavə, Rusiya nümayəndə heyəti Ağ Evin yeni aparat rəhbəri Stiven Miller ilə tanış olub. Uşakovun sözlərinə görə, Putin və Trampın görüşü 35-40 dəqiqə davam edib.
Qeyd edək ki, tərəflər arasında danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutub. Görüşdən əvvəl Uşakov Moskva və Vaşinqtonun danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyəti, eləcə də münaqişənin nizamlanması üzrə tərəflərin təkliflərini nəzərdən keçirməyi nəzərdə tutduğunu bildirib.
Həmçinin Şençjendə Rusiya, ABŞ və Çin liderlərinin iştirakı ilə üçtərəfli görüşün də keçirilməsi planlaşdırılır.
İqbal RZAYEV,Musavat.com
1 mənbə
