Ukrayna yenə də Krım körpüsünü vurdu - Hərəkət dayandı


19 noyabr 2026, 09:14
Siyasət / Dünya
Noyabrın 19-u gecəsi Ukrayna Silahlı Qüvvələri yenidən Krım körpüsünə hücum edib.
Bu barədə Rusiyanın işğalından sonra təyin edilən “qubernator” Sergey Aksyonov “Telegram” kanalında bildirib.
Körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
"Bütün məsul xidmətlər iş yerlərindədir. Zərərin qiymətləndirilməsi aparılır", - Aksyonov deyib.
Bu, Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə bir həftə ərzində üçüncü hücumudur. İlk hücum 16 noyabrda, yarımadadan körpünün sağ tağına pilotsuz təyyarənin döyüş başlığı düşdüyü zaman baş verib.
Kiyev 17 noyabrda əraziyə ikinci dəfə zərbə endirib. Hücumdan sonra Kreml Krım körpüsünün bərpa ediləcəyinə və təkmilləşdiriləcəyinə söz verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Krıma hücumlarının Rusiya lideri Vladimir Putin, onun amerikalı həmkarı Donald Tramp və Çin prezidenti Si Cinpin arasında keçiriləcək görüşlə əlaqəli olduğunu deyib.
Dərc vaxtına görə
.jpg)