Ukrayna PUA zərbəsi ilə Krım körpüsünü vurub, avtomobil hərəkəti dayandırılıb


18.11.2026 - 21:00
20
Ukrayna qüvvələrinin Krım körpüsünə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində körpünün avtomobil yolu hissəsində zədələnmə baş verib və nəqliyyatın hərəkəti dayandırılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum noyabrın 16-na keçən gecə baş verib. Rusiya tərəfindən Krıma təyin edilmiş rəhbər Sergey Aksyonov körpüyə zərbə endirildiyini təsdiqləyib.
Kremlin sözçüsü Dmitri Peskov zərərin ilkin qiymətləndirmələrə görə kiçik olduğunu bildirsə də, Rusiya Nəqliyyat Nazirliyi avtomobil yolunun hərəkətə bağlandığını açıqlayıb. Dəmir yolu ilə hərəkət isə davam edib.
Hadisə nəticəsində körpünün hər iki tərəfində təxminən 2 min avtomobilin növbədə qaldığı bildirilib.
Qeyd edək ki, Ukrayna noyabrın 17-də də Krım körpüsünə ikinci zərbə endirib.
Rauf
1 mənbə