UEFA-nın FİFA prezidentliyinə namizədi oldu


UEFA İcraiyyə Komitəsi Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallonun FİFA prezidentliyinə namizədliyini rəsmən dəstəkləyib.
QOL.az xəbər verir ki, bu barədə UEFA-nın bəyanatında bildirilib.
Qərar UEFA prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən xüsusi iclasda yekdilliklə qəbul olunub.
Avropanın milli futbol assosiasiyaları Diallonu 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkilərində namizədliyini irəli sürməyə dəvət edib və ona hərtərəfli dəstək verəcəklərini bildiriblər:
“İcraiyyə Komitəsinin üzvləri Filipp Diallonun liderlik keyfiyyətlərinə tam etimadlarını ifadə ediblər”.
Diallo FİFA prezidentliyinə namizədliyini irəli sürmək təklifini qəbul edib.
Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsinin noyabrın 17-də keçiriləcək iclasında onun namizədliyinin rəsmən təsdiqlənəcəyi gözlənilir.
FİFA prezidentliyinə seçki 18 mart 2027-ci ildə keçiriləcək.
Dərc vaxtına görə
