Üç nəhəng mobil operatora 241 min dollar cərimə kəsildi


Ermənistanın üç ən böyük mobil rabitə operatoru ödəniş sistemləri üçün xidmət haqlarını eyni vaxtda artırdığına görə ümumilikdə 241 min dollar məbləğində cərimələnib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyası məlumat yayıb. Qurumdan dəqiqləşdirilib ki, söhbət ölkənin əsas telekommunikasiya nəhəngləri olan "Viva Ermənistan", "Ucom" və "Telecom Armenia" şirkətlərindən gedir.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən mobil operatorlar rəqabət qanunvericiliyinin tələblərini pozaraq, ödəniş-hesablaşma təşkilatları — "Telcell", "EasyPay", "Idram" və "Fast Shift" şirkətləri üçün göstərilən xidmətlərin tariflərini demək olar ki, eyni vaxtda və razılaşdırılmış şəkildə bahalaşdırıblar.
Tənzimləyici qurum bu addımı bazar iştirakçıları arasında haqsız rəqabət və qiymət sövdələşməsi kimi qiymətləndirərək hər üç operatora qarşı maliyyə sanksiyası tətbiq edib.
Musavat.com
Dərc vaxtına görə
