Üç nəfərin öldüyü qəzada yaralanan məktəbli başqa xəstəxanaya köçürüldü: Son vəziyyəti açıqlandı


Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2010-cu il təvəllüdlü Rəvan Abbaszadənin son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, o, noyabrın 17-si 23:40-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Ona müştərək travma, ağır kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, qarının küt travması və daxili qanaxma diaqnozları təyin edilib.
İnstrumental diaqnostik və laborator müayinələr aparıldıqdan sonra pasiyentin müalicəsi Anesteziologiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti ağır qiymətləndirilir".
Aygün Mirakif
10:52
Bir neçə gün öncə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ağır xəsarət alan məktəbli, 2010-cu il təvəllüdlü Rəvan Abbaszadə başqa xəstəxanaya təxliyə olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Füzuli Mərkəzi Xəstəxanasından Şirvan Mərkəzi Xəstəxanasına köçürülüb.
R.Abbaszadə Füzuli rayonunun Mirzə Uluqbəy adına tam orta məktəbinin şagirdidir.
Xatırladaq ki, ağır qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
İqbal Ziya
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/fuz…
Qaynar xətt:
(055) 224 12 12
