Üç ayda 40 milyard dollar itirdi

1 dəq oxu
Xəbər
Məşhur "Oracle" şirkətinin texniki direktoru və həmtəsisçisi Larri Ellisonun xalis sərvəti 5 milyard dollardan çox azalıb. Buna səbəb şirkətinin səhmlərinin 7%-dən çox aşağı düşməsi olub.
Publika.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Nəşrin hesabatında yazılıb: "Ellisonun xalis sərvətinin 7,9 milyard dollar azalaraq 140,8 milyard dollara düşməsi təxmin edilir. O, cümə axşamından bəri "Forbes"in milyarderlər siyahısında üç pillə geriləyib və siyahıda "Walmart"ın varisləri Rob və Cim Uolton ilə "Zara"nın ana şirkəti olan "Inditex"in həmtəsisçisi Amansio Orteqadan sonraın dayanıb".
Ellisonun xalis sərvəti son üç ayda təxminən 40 milyard dollar azalıb.
Qeyd edək ki, "Oracle" ABŞ-ın texnologiya korporasiyasıdır və dünyanın ən böyük korporativ proqram təminatı, bulud xidmətləri, server avadanlığı istehsalçılarından biridir.
Müəllif: Tural
Mənbə
1 mənbə



