Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri britaniyalı naziri TUSAŞ-da qəbul edib


Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor doktor Haluk Görgün Böyük Britaniyanın müdafiə hazırlığı və sənaye üzrə dövlət naziri Luk Pollardı və onun rəhbərlik etdiyi nümayəndə heyətini TUSAŞ şirkətində qəbul edib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün məlumat yayıb.
Görgün sosial media hesabında etdiyi paylaşımda TUSAŞ-ın layihələndirmədən istehsala qədər uzanan aviasiya sənayesi imkanlarının nümayəndə heyətinə təqdim edildiyini bildirib.
O, Türkiyə ilə Böyük Britaniya arasında müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsinin davam etdiriləcəyini vurğulayıb və səfərə görə Pollarda, eləcə də onu müşayiət edən nümayəndə heyətinə təşəkkür edib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
