Türkiyədə işsizlik səviyyəsi 8,1%-ə yüksəlib


Türkiyədə işsizlik səviyyəsi bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1% bəndi artaraq 8,1%-ə çatıb.
Plat.az xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına görə, ölkədə 15 yaşdan yuxarı işsizlərin sayı 46 min nəfər artaraq 2 milyon 870 min nəfər təşkil edib.
Hesabat dövründə məşğul əhalinin sayı 62 min nəfər azalaraq 32 milyon 434 min nəfərə enib, işsizlik səviyyəsi isə kişilərdə 6,8%, qadınlarda 10,7% olaraq qeydə alınıb.