Türkiyədə atlı polis əməkdaşları xüsusi təlimlərdən keçirilir


Türkiyədə atlı polis əməkdaşları xidmətə başlamazdan əvvəl çətin və xüsusi təlimlərdən keçirlər.
Ankara Polis İdarəsinin Atlı Polis Qrupunun əməkdaşları ictimai asayişin qorunması, turistik məkanlarda, parklarda, mitinqlərdə və idman yarışlarında təhlükəsizliyin təmin olunmasında iştirak edirlər.
Polislərin mindiyi atlar Ankaradakı Əli Gaffar Okkan Atlı Polis Təlim Mərkəzində hazırlanır. Təlimlər zamanı heyvanlar partlayış, tüstü və alov kimi təsirlərə alışdırılır, kütləvi tədbirlərdə davranış qaydaları öyrədilir.
Atlı polis əməkdaşları məktəblərin ətrafında da patrul xidməti aparır, uşaqlara heyvan sevgisini aşılamaq məqsədilə xatirə kartları paylayırlar.

Milli.az+1 mənbə