Türkiyə vətəndaşları yaxın vaxtlarda Avropa İttifaqına vizasız gedəcək?


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və Avropa İttifaqı arasında Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız giriş hüququnun verilməsi ilə bağlı texniki danışıqlar aparıldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir Türkiyənin TGRT Haber telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə viza rejiminin liberallaşdırılması üçün Aİ-nin irəli sürdüyü qalan altı tələbi yerinə yetirmək niyyətindədir.
“Xarici İşlər Nazirliyinin Avropa İttifaqı üzrə idarəsindəki əməkdaşlarımız hazırda hazırladığımız layihələri Avropa tərəfi ilə texniki səviyyədə müzakirə edirlər. Bu istiqamətdə digər oxşar işlər də aparılır”, – deyə o, əlavə edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
1 mənbə