Türkiyə Super Liqası: “Qalatasaray” “Samsunspor”u məğlub edib


İDMAN
21 Noyabr 2026 | 19:18 | Müəllif: Gülşən Şərif
Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.
İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.
Qeyd edək ki, XII turun qarşılaşmasından sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Türkiyə Super Liqası: “Qalatasaray” “Samsunspor”u məğlub edib