Türkiyə Qəzza və Fələstinin yenidən qurulmasına dəstək verəcək


Türkiyə Qəzza zolağının və Fələstinin yenidən qurulmasına dəstək verməyi planlaşdırır.
Bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Fələstin pavilyonunu ziyarəti zamanı bildirib.
Nazir Fələstinin COP31-də iştirakının Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və ölkəsinin Fələstin xalqına dəstəyini davam etdirəcəyini qeyd edib.
Kurum bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Qəzza və Fələstinin yenidən ayağa qaldırılması üçün səylər göstəriləcək.
O, Türkiyənin zəlzələ bölgəsində iki il ərzində 455 min mənzili təhvil verdiyini xatırladaraq, bu təcrübənin Fələstinin bərpasında da istifadə ediləcəyini bildirib.
Nazir əlavə edib ki, əsas məqsəd Fələstin xalqının, xüsusilə uşaqların və gənclərin gələcəyə inamla baxmasını təmin etmək
Report+20 mənbə