"Turan Tovuz" "Şamaxı" səfərinə neçə itki ilə yollanır?


Misli Premyer Liqasının (MPL) 12-ci turunda "Şamaxı"nın qonağı olacaq "Turan Tovuz"un heyətində son durum bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Süleyman Tağıyev məlumat verib:
"Komanda məşqlərə davam edir. Heyətdə cəzalı və zədəli futbolçu yoxdur".
Matç noyabrın 21-də baş tutacaq. Görüşün start fiti saat 14:30-da səsləndiriləcək.
Xatırladaq ki, "Turan Tovuz" turnir cədvəlində 21 xalla 3-cü pillədədir.
Əlisahib İbrahimli
