“Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb


Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb!
CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritza Plovdiv” klubu ilə qarşılaşan təmsilçimiz bu gün Tovuz OİK-də keçirilən cavab oyununda rəqibini 3:0 hesabı ilə məğlub edib. İlk qarşılaşmada da (səfərdə) 3:0 hesablı qələbə qazanan “Turan” iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib. Beləliklə, komandamız CEV Çempionlar Liqasının qrup mərhələsində D qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Eczacibasi Peron ISTANBUL”, İtaliyanın “Savino Del Bene SCANDICCI” və Serbiyanın “Tent OBRENOVAC” klubları olacaq. “Turan” qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə İtaliyanın “Savino Del Bene SCANDICCI” klubuna qarşı keçirəcək.
CEV Çempionlar Liqası-qadınlar (3-cü təsnifat mərhələsi) 10 noyabr 2026 (2-ci oyun) ”Turan” - “Maritza Plovdiv” 3:0 (25:22, 25:17, 25:23) Ünvan: Azərbaycan, Tovuz, Tovuz OİK
3 noyabr 2026 (1-ci oyun) ”Maritza Plovdiv” -”Turan” 0:3 (22:25, 22:25, 20:25) Ünvan: Bolqarıstan, Plovdiv
1 mənbə