Tropik meşələr və iqlim təhlükədədir

2 dəq oxu
Xəbər
Borneo adasında baş verən meşə yanğınları Cənub-Şərqi Asiyanın ekoloji problemləri arasında xüsusi yer tutur. Dünyanın ən zəngin biomüxtəliflik ərazilərindən biri olan bu ada İndoneziya, Malayziya və Bruney ərazilərini əhatə edir. Yanğınlar meşələrin məhvinə, havanın çirklənməsinə, vəhşi heyvanların yaşayış mühitinin daralmasına və atmosferə əlavə karbon qazının buraxılmasına səbəb ola bilər.
Borneoda meşə yanğınları iqlim faciəsini dərinləşdirir
İndoneziyanın Borneo adasındakı meşə və torpaq yanğınları havanın keyfiyyətini pisləşdirir. Quraqlıq, torpaqların quruması və ərazilərin kənd təsərrüfatı məqsədilə yandırılması yanğınların yayılmasını çətin idarə olunan problemə çevirib.
2026-cı ilin sentyabrında İndoneziyanın Borneo adasındakı Kalimantan bölgəsində davam edən yanğınlar nəticəsində geniş əraziləri tüstü bürüyüb. Xüsusilə Qərbi Kalimantan əyalətinin Pontianak şəhərində havanın çirklənməsi gündəlik həyata, nəqliyyata və insanların sağlamlığına təsir göstərir. Reuters-in məlumatına görə, tüstünün sıxlaşması şəhər sakinlərinin hərəkətini çətinləşdirib.
Yanğınların əsas səbəbləri
İndoneziya mətbuatı yazır ki, mütəxəssislər yanğınların yaranmasında insan fəaliyyətinin mühüm rol oynadığını bildirirlər. Meşə və torpaqların kənd təsərrüfatı, xüsusilə palma yağı plantasiyaları üçün təmizlənməsi zamanı istifadə edilən nəzarətsiz yandırma üsulları alovun geniş ərazilərə yayılmasına səbəb ola bilər.
Bu il vəziyyəti güclü El-Ninyo fəlakəti və uzunmüddətli quraqlıq daha da ağırlaşdırır. Qurumuş torf əraziləri asanlıqla alışır və yanğın yerin altında həftələrlə davam edə bilər. Bu isə alovun söndürüldüyü düşünüldükdən sonra yenidən meydana çıxmasına şərait yaradır.
Tüstü qonşu ölkələrə də yayılır
Reuters-in məlumatına görə Borneo və İndoneziyanın digər ərazilərindəki yanğınlardan yaranan tüstü təkcə yerli əhali üçün problem yaratmır. Hava axınları tüstünü Malayziya, Sinqapur və Bruney istiqamətində daşıya bilər. Bu hadisə Cənub-Şərqi Asiyada uzun illərdir müşahidə olunan transsərhəd tüstü böhranını yenidən gündəmə gətirib. Qərbi Kalimantanda tüstünün görmə məsafəsini bir kilometrdən də aşağı saldığı və hava nəqliyyatına mane olduğu bildirilib.
Yanğınların yaratdığı tüstünün tərkibində ağciyərlərə nüfuz edə bilən xırda PM2.5 hissəcikləri də var. Bu çirkləndiricilər tənəffüs yollarında problemlərə, öskürəyə və digər sağlamlıq fəsadlarına səbəb ola bilər. İndoneziya Səhiyyə Nazirliyinin məlumatına əsasən, avqustun əvvəlindən sentyabrın 21-dək yanğınlardan təsirlənən ərazilərdə 174 694 kəskin respirator infeksiya halı qeydə alınıb. Bu halların 40 mindən çoxu kiçik yaşlı uşaqların payına düşüb.
Ekoloji nəticələr yaxşı olmayacaq
Mənbə
1 mənbə



