Trampın və “McDonald's”, “Burger King” kimi şirkətlərin “X”dəki köhnə paylaşımlarında keçidlər dəyişdirilib


16 noyabr 2026 126 baxış
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın, eləcə də "McDonald's" və "Burger King" şirkətlərinin sosial şəbəkələrdəki köhnə paylaşımlarında yerləşdirilən keçidlərin istiqaməti naməlum şəxslər tərəfindən dəyişdirilib.
Söhbət əsasən 2011–2013-cü illərdə, o vaxt "Twitter" adlanan, indiki "X" platformasında yayımlanan paylaşımlardan gedir.
Məlumata görə, "Burger King"in restoranlarının ünvanlarını göstərən keçidlər istifadəçiləri Adolf Hitler və nasistlərin konsentrasiya düşərgələri haqqında məlumatların yer aldığı saytlara yönləndirib. "McDonald's"ın köhnə paylaşımlarından birindəki keçid isə 11 sentyabr terror hücumları barədə məlumatların olduğu səhifəyə aparıb.
Donald Trampın hesabında da təxminən 20 köhnə paylaşımın keçidləri dəyişdirilib. Həmin keçidlərə daxil olan istifadəçilər müxtəlif oyun və əyləncə məzmunlarının yer aldığı səhifələrə yönləndirilib.
İlkin ehtimallara görə, hadisə keçidlərin qısaldılması üçün istifadə olunan "Bitly" xidməti ilə bağlıdır. Naməlum şəxslərin köhnə keçidlərin yönləndirildiyi internet ünvanlarını dəyişdirdiyi güman edilir. Hadisəni kimin törətdiyi hələlik məlum deyil.
Bununla belə, şirkətlərin və Donald Trampın sosial şəbəkə hesablarının birbaşa ələ keçirildiyi təsdiqlənməyib.
Kopyalandı
