Trampdan “Müsəlman qardaşları” ilə bağlı yeni açıqlama

17 noyabr 2026 100 baxış
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp administrasiyasının "Müsəlman Qardaşları" hərəkatını terror təşkilatı kimi tanımaq niyyətində olduğunu açıqlayıb.
Donald Tramp bu barədə Ağ Evdə Filippin və Çinə səfəri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ Dövlət Departamenti daha əvvəl hərəkatın yalnız bəzi bölmələrini terror təşkilatları siyahısına daxil edib.
Jurnalistlər Trampdan bütün hərəkatın terror təşkilatı kimi tanınıb-tanınmayacağını soruşublar.
"Bəli, tanıyacağam. Misir mənim xahişimlə "Müsəlman Qardaşları"na çox güclü təzyiq göstərib", – deyə o bildirib.
Kopyalandı
