Trampdan İrana sərt xəbərdarlıq: “Onları məhv edəcəyik”


ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ərazisində “çirkli bomba”dan istifadə etməyə cəhd göstərəcəyi təqdirdə ölkəni məhv edəcəklərini bəyan edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Əgər bu baş verərsə, onları məhv edəcəyik. Söz verirəm”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbələrə istinadən İranın Vaşinqtonda ABŞ administrasiyasının yüksəkvəzifəli şəxslərini hədəf almaq üçün “çirkli bomba” və ya kimyəvi silahdan istifadə variantını nəzərdən keçirdiyini iddia etmişdi. Bununla belə, ABŞ rəsmiləri mümkün hücumun nə dərəcədə real olduğu və Tehranın belə bir planı həyata keçirmək imkanına malik olub-olmadığı barədə fikir ayrılığı yaşayırlar.
