Tramp və Putin Çində! Liderlər görüşdü, Ukraynada savaş bitir? CANLI


88 18.11.2026 15:52 Son xəbər A A
Putin, Si Cinpin və Tramp dünyanı narahat edən münaqişələri nəzərə alaraq geniş məsələləri müzakirə edəcəklər.
Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, liderlər böyük dövlətlərin münasibətləri necə qura və qlobal vəziyyəti necə yaxşılaşdıra biləcəklərini müzakirə edəcəklər.
Kreml rəsmisi qeyd edib ki, Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüşünün yekunu ilə bağlı bəyanatın mətni üzərində iş çox intensiv şəkildə davam edir. Hazırda bəyanatın bəzi parametrləri gözdən keçirilir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüşün vaxtı razılaşdırılmayıb.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin və Tramp arasında ilk təmas APEC sammitinin qəbulu zamanı baş tuta bilər. Kremlin sözçüsü onu da bildirib ki, Putin və Tramp arasında tam formatlı danışıqların mümkün olması ehtimalı azdır: “Çətin ki, liderlər arasında tam formatlı danışıqları keçirmək mümkün olsun”.
Peskov Putinin G20 sammitində iştirakı məsələsinə də toxunub. O deyib ki, bu məsələ Rusiya Prezidentinin APEC-də Trampla söhbətində qaldırıla bilər. Rusiya Prezidentinin sözçüsü Putinin ABŞ-da keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarın çoxsaylı faktorlardan asılı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri APEC sammitində iştirak etmək üçün Çinə səfər ediblər. Onların Çin lideri Si Cinpinlə üçtərəfli danışıqları planlaşdırılıb.
Bu gün saat 16:00-da TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi tədqiqatçı Çingiz Məmmədovla müzakirə edir.
https://www.facebook.com/tvmusavathttps://www.youtube.com/@musavattv
