Tramp: Putin Ukrayna məsələsində müəyyən qədər geri çəkilir


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna məsələsində müəyyən qədər geri çəkildiyini iddia edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Daha sərt mövqe tuta bilərdi. Açığını desəm, o, geri çəkilir”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin Ukraynada “Starlink” sisteminin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatı olmadığını söyləyib.
İran pilotsuz uçuş aparatlarının şəxsən onu hədəfə ala biləcəyi ilə bağlı suala cavab verən Tramp isə jurnalistə xəbərdarlıq edib: “Mən sizin sağlamlığınızdan narahatam. Çünki onlar mənə hücum etsələr, sizin də sonunuz çatacaq. Ehtiyatlı olun”.
