Tramp-Putin görüşündə gözlənilməz sonluq: qısa çəkdi, açıqlama verilmir - Yeniləndi


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında APEC sammiti çərçivəsində keçirilən görüş gözləniləndən qısa sürüb.
Ölkə.Az xəbər verir ki, iki liderin qapalı danışıqları bir saatdan az davam edib.
Bu, Donald Trampın hər iki prezidentlik dövründə Putinlə səkkizinci üzbəüz görüşü, Ağ Evə qayıdışından sonra isə ikinci görüşüdür. Liderlər sonuncu dəfə 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində bir araya gəlmişdilər.
Diqqət çəkən məqam isə görüşün qısa çəkməsi və tərəflərin onun nəticələri barədə hələlik heç bir açıqlama verməməsidir. Putin və Trampın hansı məsələləri müzakirə etdiyi, eləcə də danışıqlarda konkret razılaşmanın əldə olunub-olunmadığı məlum deyil.
Mürtəza
***
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Ölkə.az xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşdən əvvəl Putinlə məhsuldar danışıqlara ümid etdiyini bildirib.
Danışıqlar başlamazdan əvvəl liderlər əl sıxışıblar. Tramp Rusiya Prezidenti ilə əla münasibətlərinin formalaşdığını qeyd edib.
"Biz bir-birimizi artıq uzun illərdir, tanıyırıq. Düşünürəm ki, bu görüşün yekunlarına əsasən bir çox müsbət nəticələrə nail olmaq mümkündür", - deyə Amerika lideri bildirib.
1 mənbə