Tramp “Nvidia”nın keçmiş rəhbərinin vəzifəsinə qayıtmasını istəyir


DÜNYA21 noyabr 2026 · 01:16
0 Baxış
ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanqın ətrafında yaranan qalmaqala münasibət bildirib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu barədə “Sky News” məlumat yayıb.
Ağ Evdə keçirilən mətbuat konfransında Tramp Huanqı “gözəl insan” adlandırıb, lakin onun yanlış qərarlar verdiyini söyləyib. ABŞ Prezidenti Huanqın üzr istəməsini və yenidən “Nvidia”nın rəhbəri vəzifəsinə qayıtmasını arzuladığını bildirib. Tramp məsələni Çin Xalq Respublikasının Sədri Si Cinpinlə də müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, Çin lideri də Huanqı “gözəl insan” kimi xarakterizə edib.
Xatırladaq ki, noyabr ayında Huanqın “Megaspeed” şirkətinin təsisçisi Elis Huanqla romantik münasibətdə olduğu barədə iddialar yayılıb. ABŞ xüsusi xidmət orqanlarının Elis Huanqı Çin kəşfiyyatının agenti hesab etdiyi bildirilir.
KİV-in məlumatına görə, qadının ABŞ-nin süni intellekt çiplərinin Çinə ixracına tətbiq etdiyi məhdudiyyətlərdən yayınmaq və casusluq fəaliyyəti göstərmək məqsədilə cəlb olunduğu iddia edilir. Qalmaqaldan sonra Huanq həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən və şirkət əməkdaşlarından üzr istəyib. Daha sonra onun “Nvidia”nın rəhbəri vəzifəsindən ayrıldığı bildirilib.
Bundan əvvəl isə hakerlər “Nvidia”nın sistemlərini sındırdıqlarını iddia edərək şirkətin məxfi məlumatlarını yaymaqla hədələmişdilər.
Təsdiqlənmiş hesab
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Şərh yazın
Şərh yazmaq üçün hesabınıza daxil olun və e-poçtunuzu təsdiqləyin.
Dərc vaxtına görə
