Tramp Kim Çen Inla görüşmək niyyətindədir


ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla təmas qurmaqda qərarlı olduğunu bildirib.Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə deyib:"Şimali Koreya ilə problemimiz varsa, onu həll etməyin yeganə yolu onlarla görüşməkdir".O, görüşün sabah baş tutacağını demədiyini aydınlaşdırıb: "Mən sadəcə prezidentin görüşmək və müzakirə etmək istədiyini deyirəm".Qeyd edək ki, ABŞ Prezidenti Asiyaya yola düşməzdən əvvəl Vaşinqtonda jurnalistlərlə söhbətində Şimali Koreya rəhbəri ilə görüş ehtimalını istisna etməmişdi: "Çində Si Cinpin, Vladimir Putin və bəlkə də Kim Çen Inla görüşəcəyəm". O, əlavə edib ki, Şimali Koreya liderinin Çinə səfər edib-etməyəcəyini bilmir.APEC sammiti 18-19 noyabr tarixlərində Şençjendə keçirilir.
