Tramp: İranın buraxdığı 11 min PUA və raketdən yalnız üçü hədəfə çatıb


ABŞ Prezidenti Donald Tramp İranın buraxdığı pilotsuz uçuş aparatları və ballistik raketlərin böyük əksəriyyətinin hədəfə çatmadan zərərsizləşdirildiyini iddia edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, 2026-cı il fevralın 28-dən, “Epik qəzəb” əməliyyatının başlanmasından bəri İran 8-9 min PUA buraxıb. Onlardan yalnız ikisi hədəfə çataraq amerikalıların ölümünə səbəb olub. Hər iki zərbənin əməliyyatın ilk günü Küveyt və Səudiyyə Ərəbistanında qeydə alındığı bildirilir.
Tramp əlavə edib ki, İran təxminən 2 min ballistik raket də buraxıb. Onun iddiasına görə, bu raketlərdən yalnız biri İordaniyada hədəfə çataraq amerikalıların ölümünə səbəb olub.
ABŞ prezidenti İranın raket və PUA-larının 99,99 faizinin vurulduğunu və ya amerikalıların ölümünə səbəb olmadığını bildirib. O, ABŞ Mərkəzi Komandanlığının müdafiə imkanlarını yüksək qiymətləndirib.
