Tramp Çin liderinin çıxışı zamanı mürgülədi – Video


ABŞ prezidenti Filippində ASEAN sammitində iştirak etdikdən sonra Çinə yollanıb. 80 yaşlı prezidentin qrafiki olduqca sıx olub. Çinin Şençjen şəhərində keçirilən APEC sammitində dünya liderləri danışıqların yeni gününə başlayarkən ABŞ prezidenti Donald Trampın oturduğu yerdə mürgülədiyi görüntülənib.
Bizim.Media xəbər verir ki, Çin sədri Si Cinpin Asiya-Sakit okean regionu ilə bağlı Çinin gözləntilərini açıqladığı zaman 80 yaşlı Trampın canlı yayımda gözlərini yumaraq mürgülədiyi müşahidə olunub.
Bu arada Rusiya prezidenti Vladimir Putin diqqətlə çıxışı izləyib, Kanadanın baş naziri Mark Karni və Honkonqun rəhbəri Con Li isə qeydlər aparıblar.
Yaponiya baş naziri Sanae Takaiçinin isə Si Cinpinin çıxışının bəzi hissələrində gülümsədiyi diqqət çəkib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
Bizim.mediaoxuduğunuz
Tramp Çin liderinin çıxışı zamanı mürgülədi – Video