Tramp ABŞ və Çinin Hörmüz boğazından neft tədarükünün maneəsiz davam etməsini dəstəklədiyini bildirib


ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə birlikdə Hörmüz boğazı üzərindən neft tədarükünün maneəsiz davam etməsini dəstəklədiyini bildirib.
"PostMedia" "Reuters"a istinadən xəbər verir ki, bu sözləri Tramp Si Cinpinlə görüşün ərəfəsində deyib.
Tramp Si Cinpini dostu adlandırıb və ABŞ ilə Çin arasında xüsusi münasibətlərin olduğunu vurğulayıb. O, Çin lideri ilə görüşdən məhsuldar nəticə gözlədiyini və ABŞ fermerlərini dəstəkləmək üçün yeni tədbirlər barədə ondan xahiş etmək niyyətində olduğunu bildirib.
Mənbənin məlumatına görə, Tramp Bakı vaxtı ilə saat 08:00-dan 09:00-a qədər Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Xəbər yazılarkən isə Tramp ilə Si Cinpin arasında görüş davam edirdi.
Məlumata görə, bundan sonra Rusiya, ABŞ və Çin liderlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin