Tramp ABŞ-nin nüvə arsenalının daha da ixtisar edilməsinin çətin olduğunu bildirib


DÜNYA19 noyabr 2026 · 10:59
0 Baxış
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Rusiya və Çinlə mümkün razılaşmalar çərçivəsində Amerika nüvə arsenalının daha da azaldılması çətindir.
Ens.az Report.az-a istinadən xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bunu etmək çox çətindir. Mənim üçün bu, çətin qərardır", - Tramp Moskva və Pekinlə nüvə silahlarının azaldılmasına dair razılaşmanın əldə olunması perspektivlərini şərh edərkən bildirib.
Bununla yanaşı, Ağ Ev rəhbəri vurğulayıb ki, Vaşinqton nüvə silahından istifadə etmək niyyətində deyil.
"Biz nə vaxtsa ondan istifadə etmək istəmirik, lakin o bizdə var", - deyə ABŞ Prezidenti qeyd edib.
Təsdiqlənmiş hesab
Şərhlər
Hələ təsdiqlənmiş şərh yoxdur.
Şərh yazın
Şərh yazmaq üçün hesabınıza daxil olun və e-poçtunuzu təsdiqləyin.
Dərc vaxtına görə