Tramp: “ABŞ Avropaya silah satışından böyük gəlir əldə edir”


“ABŞ Avropa ölkələrinə satdığı və sonradan Ukraynaya ötürülən silahlardan əhəmiyyətli maliyyə qazancı götürür”.
Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Demək olar ki, biz silahları tam qiymətə satırıq, heç bir endirim etmirik. Demək olar ki, bundan çoxlu pul qazanırıq”, - deyə Ağ Evin rəhbəri bildirib.
ABŞ lideri izah edib ki, Vaşinqton hərbi məhsulları Avropa İttifaqına satır, bundan sonra alıcılar əldə etdikləri silahlarla bağlı qərarı özləri verirlər. Onun qiymətləndirməsinə görə, bu tədarüklərin böyük hissəsi sonradan Ukrayna tərəfinə göndərilir.
Sevinc Əliyeva Ordu.az