Tomas Rays: "Bu gün 'Zenit'ə qalib gəlmək şansımız yox idi"


"Trabzonspor"un baş məşqçisi Tomas Rays Winline Superseriyasında "Zenit"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Rays qarşılaşmanın çətin keçdiyini bildirib: "Bu, bizim üçün ağır oyun oldu. Bunu bəhanə kimi səsləndirmək istəmirəm, amma biz gənc futbolçularla oynadıq. Bu gün 'Zenit'ə qalib gəlmək şansımız yox idi".
O, 'Zenit'in avrokuboklarda uğur qazana biləcəyini də vurğulayıb: "Bu, çox çətin sualdır. 'Zenit' yaxşı komandadır, avrokuboklarda bir az da şans lazımdır. Onlar irəli gedə bilərdilər".
Almaniyalı mütəxəssis 'Zenit'in Türkiyə çempionatında da yüksək yerlər uğrunda mübarizə apara biləcəyini qeyd edib: "Mən özüm də Almaniyada çalışmışam. 'Zenit'in çox yaxşı komandası var, onlar ən yüksək yerlər uğrunda yarışardılar. Almaniya və Türkiyə çempionatlarının klubları ilə müqayisə aparmaq isə çətindir".

Report+3 mənbə