Bakıda keçirilən konfransda texnoloji diplomatiyanın rolu müzakirə edilib


3 mənbə əsasında
Bakıda təşkil olunan Kiberdiplomatiya üzrə beynəlxalq konfransda Texnologiya Diplomatiyası Qlobal İnstitutunun baş əməliyyat direktoru Simon Sanebak çıxış edib. O bildirib ki, texnoloji diplomatiya artıq xarici siyasətin mərkəzi istiqamətinə çevrilib və diplomatlar artıq çiplər, bulud texnologiyaları, eləcə də süni intellekt məsələləri ilə məşğul olurlar. Tədbirdə həmçinin süni intellektin və "deepfake" texnologiyalarının yaratdığı təhlükəsizlik riskləri, eləcə də dezinformasiyanın sürətlə yayılması diqqətə çatdırılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Texnologiya diplomatiyası artıq xarici siyasətin mərkəzinə çevrilib” – Simon Saneback
“Texnologiya diplomatiyası artıq xarici siyasətin ayrıca, dar bir istiqaməti deyil, onun mərkəzi məsələlərindən birinə çevrilib”.ANZ.AZ xəbər verir ki, bunu Technology Diplomacy Global Institute (TDGI) təşkilatının baş əməliyyat direktoru (COO) Dr. Simon Saneback Bakıda keçirilən kiberdiplomatiya üzrə beynəlxalq konfransın panel müzakirəsində çıxışı zamanı bildirib.Onun sözlərinə görə, texnologiyanın sürətli inkişafı beynəlxalq münasibətlərin gündəliyini dəyişdirir. Artıq diplomatlar yalnız ənənəvi siyasi və təhlükəsizlik məsələlərini deyil, həm də yarımkeçirici çiplər, bulud texnologiyaları, məlumatlar və süni intellekt modelləri ilə bağlı məsələləri müzakirə edirlər.“Bu danışıqlar iş yerlərinin gələcəyinə, təhlükəsizliyə və dövlətlərin suverenliyinə təsir göstərir”, – deyə o vurğulayıb.Simon Saneback bildirib ki, süni intellekt texnologiyalarının inkişafı yeni təhlükəsizlik riskləri də yaradır. Xüsusilə saxta məzmunların hazırlanması, səsin klonlaşdırılması və “deepfake” texnologiyalarından istifadə dezinformasiyanın yayılmasını sürətləndirir.O qeyd edib ki, bu texnologiyalar vasitəsilə hətta dövlət rəsmilərinin əslində söyləmədikləri fikirləri onların adından təqdim etmək mümkündür. Belə hallarda yalan məlumatlar rəsmi təkziblərdən daha sürətlə yayıla bilir.TDGI rəsmisi diqqətə çatdırıb ki, müasir diplomatiyada danışıqların tərəfləri də dəyişir. Əvvəllər yalnız dövlətlərin malik olduğu bəzi texnoloji imkanlar hazırda məhdud sayda böyük texnologiya şirkətlərinin əlində cəmləşib.Onun sözlərinə görə, bu reallıq dövlətləri yalnız digər hökumətlərlə deyil, texnologiya şirkətləri ilə də danışıqlar aparmağa məcbur edir.“Əksər xarici işlər nazirlikləri bu cür mürəkkəb şəraitdə fəaliyyət göstərmək üçün formalaşdırılmayıb. Məhz buna görə kiberdiplomatiyanın və texnologiya diplomatiyasının əhəmiyyəti artır”, – deyə Simon Saneback bildirib.O, çıxışının sonunda xarici siyasət qurumları üçün mühüm çağırış edib:“Hər bir xarici işlər nazirliyində iki dili bilən mütəxəssislər olm
Tam oxu Anz.az saytındaDərc vaxtına görə
Report+22 mənbə