Tesla Cybercab robotaksilərini satışa çıxarıb


“Tesla” sükan və pedalları olmayan “Cybercab” elektromobilini 29 990 dollara satışa təqdim edib. İstifadə üçün aylıq 299 dollar abunə tələb olunur.
“Tesla” şirkəti sükan və pedallarla təchiz olunmayan, tam avtonom idarəetmə üçün nəzərdə tutulmuş “Cybercab” elektromobilini ABŞ-də fərdi alıcılara satışa təqdim edib.
Avtomobilin satış qiyməti 29 min 990 dollar müəyyən edilib. Bununla yanaşı, “Cybercab”dan istifadə üçün aylıq 299 dollar məbləğində məcburi avtonom idarəetmə abunəliyi tələb olunur. Müqayisə üçün, “Tesla”nın standart “Full Self-Driving” (FSD) sisteminə aylıq abunə haqqı 99 dollardır.
Şirkətin məlumatına əsasən, fərdi istifadə üçün nəzərdə tutulan “Cybercab” avtomobillərinin istismarına ilkin mərhələdə yalnız “Tesla”nın robotaksi xidmətinin fəaliyyət göstərdiyi məhdud sayda şəhərdə icazə veriləcək. Satışa çıxarılan avtomobillərin sayı da hələlik məhduddur.
